“Starlink” siqnalını hesablamaq üçün sistem hazırlandı

Dünya

14.12.2024 15:08

Rusiyada Amerikanın “Starlink” peyk genişzolaqlı internet sistemindən gələn siqnalı hesablamağa imkan verən “Kalinka” sistemi yaradılıb. 

TodayPress “TASS”a istinadən  xəbər verir ki, eyni sistem pilotsuz qayıqların və “Baba Yaqa” pilotsuz təyyarələrinin hesablanmasında istifadə olunur. 

Bu vaxta qədər pilotsuz qayıqların hesablanması vizual üsulla həyata keçirilib. 

Yeni sistem 15 kilometrə qədər məsafədə pilotsuz qayığı aşkarlamağa, onu ötməyə və pulemyotla vurmağa imkan verəcək. Məhsul hazırda döyüş şəraitində sınaqdan keçirilir. 

Günəş Mərd

tag: Starlink,Amerika ,Pilotsuz, Qayıq, todaypress.az,