"Starlink" peykləri daha aşağıdan uçacaq

Dünya

14.01.2025 09:58

"SpaceX"  korporasiyası "Starlink"  peyklərinin hərəkət edəcəyi orbitin Yerə nisbətən hündürlüyünün aşağı salınmasını təklif edib.

TodayPress xəbər verir ki, bu barədə "Gizmodo" məlumat yayıb.

Media "SpaceX"in 2024-cü ilin sonunda ABŞ Federal Rabitə Komissiyasına (FCC) göndərdiyi məktuba diqqət çəkib. 

Orada şirkətin mühəndisləri "Starlink" peyklərini 350 kilometr hündürlükdə yerləşdirməyi təklif ediblər. 

Onların fikrincə, bu yolla onlar astronomik müşahidələrə daha az müdaxilə edəcəklər. 

"SpaceX"in peyklərinin əksəriyyəti Yerdən 550 kilometr məsafədə orbitdədir.

Şirkətin mütəxəssislərinin fikrincə, aşağı orbitdə yerləşdirilən sınaq qrupunun peyklərinin Günəş işığına məruz qalma ehtimalı 60 faiz azdır. Beləliklə, onlardan gələn işığın Yer səthində əks olunma ehtimalı da azdır.

Həmçinin, peyklərdən keçən peykləri adi gözlə görmək çətinləşib.

"SpaceX"in hesablamalarını korporasiyanın əməkdaşlıq etdiyi Milli Elm Fondu (NSF) təsdiqləyib. 

"Yeni peyklər teleskopun fokus müstəvisindən daha sürətli keçir və beləliklə, fokusdan kənarda qalır" NSF-dən qeyd ediblər.

Bununla belə, NSF alçaqdan uçan peyklərin astronomiyaya təsirini sınaqdan keçirəcəyini bildirib. 

Günəş Mərd

tag: Milli ,Peyk, Teleskop ,Starlink ,todaypress.az,