"Starliner"in 2024-cü ildəki itkiləri açıqlandı

Dünya

04.02.2025 18:20

"Boeing"in "Starliner" kosmik gəmi proqramı 2024-cü ildə yarım milyard dollardan çox başa gəlib.

TodayPress xəbər verir ki, bu barədə "Space News" nəşri məlumat yayıb.

Korporasiyanın ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına təqdim etdiyi hesabata görə, kosmik gəmi proqramının 2024-cü ildə itkiləri 523 milyon dollar olub. Şirkət itkiləri yüksək sınaq və sertifikatlaşdırma xərcləri ilə əlaqələndirilib.

Ümumilikdə, "Boeing"in "Starliner"dən itkiləri 2 milyard dolları ötüb. Şirkət etiraf edir ki, proqram gələcəkdə də itkilərə səbəb olacaq.

Töhfə Səməd 

tag: Boeing,Starliner,İtki,ABŞ ,Birja ,todaypress.az,