“Starliner” ekipajsız Yerə qayıtdı

Dünya

07.09.2024 10:24

Boeingin “Starliner” kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyadan (BKS) çıxarıldıqdan sonra ekipajsız Yerə qayıdıb. 

TodayPress xəbər verir ki, bu barədə  “TASS” məlumat yayıb. 

Atmosferə girdikdən sonra cihaz üç paraşüt buraxaraq Nyu-Meksikodakı “White Sands” poliqonuna enib. 

Yerə səyahət təxminən altı saat çəkib.  

Qeyd edək ki, “Starliner” NASA astronavtlarının iştirakı ilə ilk uçuşunu iyunun 5-də reallaşdırıb. 

Sınaq missiyasının təxminən bir həftə çəkməsi gözlənilsə də, mühərrikdəki problemə görə gəmi ekipajla birlikdə stansiyanı tərk edə bilməyib. Mütəxəssislər problemi aradan qaldıra bilmədiyi üçün gəminin Yerə ekipajsız qayıtmasına qərar verilib. 

Günəş Mərd

tag: Starliner ,Atmosfer ,NASA, Nyu-Meksiko,Astronavtlar, todaypress.az,