Stalinin cangüdəni fəxri vətəndaş adına layiq görüldü

Dünya

06.08.2024 13:58

SSRİ-nin banisi İosif Stalinin keçmiş cangüdəni Corc Tokarev Yekaterinburqda fəxri vətəndaş adı alıb.

TodayPress xəbər verir ki, bu barədə Şəhər Dumasının saytında məlumat yayılıb.

Böyük Vətən Müharibəsi illərində Tokarev Kremli, 1946-cı ildə isə Soçidə tətildə olan Stalini qoruyub.

Qeyd edək ki, hazırda 102 nəfərə Yekaterinburqun fəxri vətəndaşı adı verilib. 

Töhfə Səməd

tag: SSRİ, İosif Stalin, Corc Tokarev, Yekaterinburq, Soçi, todaypress.az,