Spiker: "Etirazlar dinc xarakter alıb"
Dünya
13.12.2024 13:39
"Gürcüstanda etirazlar dinc xarakter alıb və ölkədə vəziyyət yenidən siyasi müstəviyə keçib".
TodayPress xəbər verir ki, bunu parlamentin spikeri Şalva Papuaşvili deyib.
“Son bir neçə gündə biz siyasi aktorların hərəkətə gətirdiyi aqressiv qruplardan daha çox az əhəmiyyətli mitinqləri müşahidə edirik. Onlar sakitləşməyə başlayıb” deyə o, brifinqində bildirib.
O, qeyd edib ki, ölkədə sabitliyi pozmaq istəyən qüvvələr hələ də var. Onun sözlərinə görə, Gürcüstan hər şeyə rəğmən yaşamağa və seçdiyi yolla getməyə davam edir.
Xatırladaq ki, noyabrın 28-də Gürcüstanda yeni etiraz dalğası başlayıb. Hər gün parlament binası yaxınlığında etiraz aksiyaları keçirilir. Son günlər aksiyalar dinc xarakter alıb.
Etirazlara səbəb baş nazir İrakli Kobaxidzenin hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının 2028-ci ilin sonuna qədər Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı danışıqlar məsələsini gündəliyə daxil etməmək və bütün büdcədən imtina etmək qərarına gəldiyi barədə bəyanatı olub.
Töhfə Səməd
tag: Gürcüstan, Etiraz ,Xarakter,Nazir, todaypress.az,