"Spiegel" : "Makronun Ukrayna ilə bağlı ideyası Aİ-nin zəifliyini göstərəcək"

Dünya

22.12.2024 11:14

"Fransa prezidenti Emmanuel Makronun münaqişə bitdikdən sonra Ukraynaya Avropa qoşunları və ya sülhməramlı kontingent göndərmək təklifi Aİ-nin gücünü deyil, zəifliyini nümayiş etdirərək Avropanı parçalamaq riski daşıyır".

TodayPress xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı yazıb. 

Materialda qeyd olunub ki, Makron belə bir təkliflə rəsmi Moskvaya "həyəcan siqnalı” göndərib. Ancaq ola bilsin ki, bu "siqnal" nəzərdə tutulandan əks effekt versin: 

"Çətin ki, hər hansı bir avropalı siyasətçi öz əsgərlərini adekvat müdafiə olmadan Rusiyanın hücumu riskinə məruz qoysun” . 

Qeyd edək ki, bundan əvvəl Makron Ukraynadakı münaqişəni  Avropa və Kiyevin maraqlarını təmin edəcək şərtlərlə dayandırmaq üçün ABŞ ilə sıx əməkdaşlığa  çağırıb. Onun sözlərinə görə, Ukraynada davamlı sülh Avropada davamlı təhlükəsizlik demək olacaq. 

Günəş Mərd 

tag: Fransa,Makron,Ukrayna,Avropa,Rusiya,Todaypress.az,