"SpaceX"in raket sürətləndiricisi eşitmə problemlərinə yol aça bilər

Dünya

25.12.2024 09:49

1119

"SpaceX" şirkətinin istehsal etdiyi təkrar istifadə oluna bilən "Super Heavy" raket gücləndiricisinin yaratdığı səs dalğaları eşitmə problemlərinə səbəb ola bilər. 

TodayPress xəbər verir ki, bu barədə "CNN" yazıb.

Araşdırmanın aparıcı müəllifi Kent Gee, "140 desibeldən çox kəskin səs eşitdiyiniz zaman eşitmə itkisi riski yaranır" deyə bildirib. 

Nəşr yazıb ki, oktyabrda "Starship" kosmik gəmisinin buraxılışından sonra səs bumu bəzi yerlərdə 146 desibelə çatıb. 

"CNN"ə görə, səs bumu ilə əlaqəli problemlər potensial eşitmə zədəsini əhatə edə bilər və ya binalarda kiçik struktur zədələnməsinə səbəb ola bilər.

Mütəxəssislər hesab edir ki, buna ciddi nəzarət edilməlidir. 

Günəş Mərd

tag: Starship, Kosmik ,Gəmi, Raket ,todaypress.az,