“SpaceX”in növbəti planı məlum oldu

Dünya

17.01.2025 14:46

İndiyə qədər baş verən heç bir şey ‘Starship” təkrar istifadə edilə bilən nəqliyyat sisteminin səkkizinci uçuş inteqrasiya sınaqlarının təxirə salınmasının zəruriliyini göstərmir. 

TodayPress “SpaceNews”a istinadən xəbər verir ki, bu barədə “SpaceX” in yaradıcısı İlon Mask bildirib.  

İş adamı “Aydın ikiqat sızma yoxlanışından əlavə, biz yanacaq çəninə yanğınsöndürmə əlavə edəcəyik və yəqin ki, havalandırma kanalının sahəsini artıracağıq. Hələlik heç nə onu göstərmir ki, növbəti buraxılış gələn aya təxirə salınmalıdır” deyə bildirib.

Nəşr etiraf edib ki, ABŞ Federal Aviasiya Administrasiyası Maskın planları ilə razılaşmasa “Starship”in buraxılışı bir neçə ay gecikə bilər.

Günəş Mərd

tag: SpaceX, ABŞ ,Mask, Uçuş, todaypress.az,