“SpaceX”ın 20 peykini orbitə göndərdi
“Falcon 9” daşıyıcı aparatı “Starlink” 20 ədəd mini peykdən ibarət daha bir partiyanı uğurla orbitə çıxarıb.
TodayPress xəbər verir ki, bu barədə “SpaceX”ın rəsmi saytından məlumat verilib.
Bildirilib ki, peyklər orbitə buraxıldıqdan bir saat sonra daşıyıcının ikinci pilləsindən ayrılaraq orbitə daxil olublar.
Raket ABŞ Kosmik Qüvvələrinin Floridadakı bazasındakı buraxılıb. Ayrıldıqdan sonra “Falcon 9”un təkrar istifadə edilə bilən ilk mərhələsi Atlantik okeanında yerləşən dəniz dron platformasına eniş edib.
Qeydr edək ki, bu günə qədər “Starlink” layihəsi çərçivəsində 7,1 mindən çox mini peyk orbitə buraxılıb. Layihəyə qoyulan sərmayənin həcmi 10 milyard ABŞ dollar olaraq qiymətləndirilir.
Töhfə Səməd
tag: SpaceX, ABŞ, Kosmik, Starlink, Layihə, todaypress.az,