“SpaceX”dən daha bir yenilik

Dünya

14.08.2024 09:33

"SpaceX" tarixdə ilk dəfə olaraq Yer kürəsinin şimal və cənub qütbləri üzərində insanların olduğu kosmik gəmini buraxacaq. 

TodayPress xəbər verir ki, bu barədə “ArsTechnica” məlumat yayıb. 

Üç gündən beş günə qədər davam edəcək "Fram2" missiyası çərçivəsində kriptovalyuta sahibkarı Çun Vanqın rəhbərlik etdiyi dörd turistdən ibarət komanda "Crew Dragon" gəmisi ilə Yer kürəsinin ətrafında dövrə vuracaq. 

Qeyd edək ki, bundan öncə - 2021-ci ilin sentyabrında “SpaceX” ilk dəfə olaraq tamamilə mülki şəxslərdən ibarət “Crew Dragon” kosmik gəmisini ABŞ-nin Florida ştatının sahillərində Atlantik okeanına endirmişdi. 

Günəş Mərd

tag: SpaceX,Çun Vanq,Atlantik,ABŞ,Florida, todaypress.az,