"SpaceX" yeni "Starlink" peyklərini orbitə çıxarır

Dünya

27.10.2024 09:45

“Falcon 9” daşıyıcı aparatı “Starlink” sisteminin qlobal internet əhatə şəbəkəsinin orbital gücünü artırmaq üçün 22 mini-peykdən ibarət daha bir partiyanı orbitə çıxarıb.

TodayPress xəbər verir ki, raket ABŞ Sakit Okean vaxtı ilə saat 00:59-da Kaliforniyadakı ABŞ Vandenberq Kosmik Qüvvələri bazasında SLC-4E buraxılış meydançasından buraxılıb. 

Təxminən bir saat sonra peyklər orbitə buraxılıb.

Qeyd edək ki, “SpaceX” artıq orbitə 5,7 mindən çox belə peyk çıxarıb. Onlardan bəziləri uğursuz olub və ya orbiti tərk edib.

Orbitdə 5,3 mindən çox cihaz işlək vəziyyətdədir.

Günəş Mərd 

tag: ABŞ,Gürcüstan,Starlink,SpaceX,Todaypress.az,