"SpaceX" "Starship"in yeddinci uçuş testini təxirə saldı
Dünya
13.01.2025 14:46
"Starship"in təkrar istifadə edilə bilən kosmik nəqliyyat sisteminin yeddinci uçuş sınaqları yanvarın 13-dən 15-nə təxirə salınıb.
TodayPress xəbər verir ki, bu barədə "SpaceX" məlumat yayıb.
"Starship"in əvvəlki, altıncı buraxılışı noyabrın 20-də baş tutub. Sistemin beşinci uçuş inteqrasiya sınaqları isə oktyabrın 13-nə təsadüf edib.
"Starship" aşağı Yer orbitinə qədər 100 tondan çox yük daşıma qabiliyyətinə malik olacaq.
Töhfə Səməd
tag: SpaceX,Sistem ,Uçuş, Starship, todaypress.az,