“SpaceX” şirkəti yük gəmisinin kosmosa buraxılmasını təxirə saldı
Dünya
03.08.2024 22:17
ABŞ-ın "SpaceX" şirkəti
Beynəlxalq Kosmik Stansiyada (BKS) ehtiyatları artırmalı olan “Cygnus” yük gəmisi
ilə birlikdə “Falcon 9” daşıyıcı raketinin buraxılışını əlverişsiz hava şəraiti
ilə əlaqədar təxirə salıb.
TodayPress xəbər
verir ki, bu barədə şirkətin “X”-dəki səhifəsində dərc olunmuş məlumatda
deyilir.
Qeyd olunur ki, buraxılış şənbə
günü ABŞ-ın Şərqi Sahil vaxtı ilə saat 11:29-da Kanaveral burnundakı (Florida)
kosmodromdan baş tutmalı idi.
“SpaceX” Əlverişsiz hava şəraiti
ilə əlaqədar “Cygnus” yük gəmisinin buraxılışını bir gün təxirə salıb", -
deyə məlumatda deyilir. Buraxılışın bazar günü baş tutması gözlənilir.
tag: Space X, İlon Mask, Kosmos, ABŞ, todaypress.az,