“SpaceX” orbitə daha 23 internet peyki çıxardı

Dünya

27.07.2024 15:53

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsinin orbital qruplaşması üçün nəzərdə tutulan növbəti 23 “Starlink” peykini orbitə çıxarıb.

TodayPress xəbər verir ki, daşıyıcı raket ABŞ-nin Florida ştatının Kanaveral burnundakı Kennedi adına Kosmik Mərkəzdən start götürüb. Onun artıq 17-ci dəfədir istifadə olunan birinci pilləsi Atlantik okeandakı “Just Read the Instructions” platformasına şaquli eniş edib.

“SpaceX” 2019-cu ildən bəri kosmik fəzaya ümumilikdə 6,7 mindən çox peyk buraxıb. Hazırda onların 6,2 mindən çoxu işlək vəziyyətdədir.

Kompaniyanın qlobal layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində istifadəçilər üçün əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər.

tag: SpaceX, Peyk, Florida, ABŞ, Kanaveral, todaypress.az,