"SpaceX" Marsı kolonizasiya etmək üçün pul tapdı
Dünya
05.02.2025 12:35
Son iki ildə "SpaceX"in "Starlink" peyk internet sistemindən əldə etdiyi gəlir 3 dəfə artıb.
TodayPress xəbər verir ki, bu barədə “ArsTechnica” nəşri məlumat yayıb.
Qeyd olunub ki, bununla da "SpaceX" nəhayət Marsı koloniyalaşdırmaq üçün pul əldə edib.
Qeyd edilib ki, 2024-cü ildə "Starlink" peyk internet sistemi “SpaceX”ə 7,8 milyard dollar gəlir gətirib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Marsı fəth edib planetdə ölkə bayrağını sancmaq niyyətində olduğunu bəyan edib.
Nicat Osman
tag: Mars,Ay,Tramp,SpaceX,Todaypress.az,