“SpaceX” internet peyklərinin yeni qrupunu orbitə çıxardı
Dünya
12.11.2024 16:30
“SpaceX” şirkətinin “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsinin orbital qruplaşması üçün nəzərdə tutulan növbəti 24 ədəd “Starlink” peykini orbitə çıxarıb.
TodayPress xəbər verir ki, daşıyıcı raket Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Floridadakı Kanaveral burnunda yerləşən bazasından start götürüb.
“SpaceX” 2019-cu ildən bəri kosmik fəzaya ümumilikdə 7,2 mindən çox peyk buraxıb. Hazırda onların 6,6 mindən çoxu işlək vəziyyətdədir.
Şirkətin qlobal layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 72 ölkəsində istifadəçilər üçün əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər.
tag: Falcon 9, Raket, Starlink, Orbit, SpaceX, todaypress.az,