"Soyuq müharibəyə doğru əmin addımlarla irəliləyirik''
Dünya
12.07.2024 17:20
“Soyuq Müharibəyə doğru əmin addımlarla irəliləyirik”.
TodayPress xəbər verir ki, bunu Rusiyanın “Rossiya-1” telekanalına müsahibə verən Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O, ABŞ-nin Almaniyada uzaqmənzilli qanadlı raketlər yerləşdirmə qərarını qiymətləndirib və prosesləri izləyəcəklərini bildirib:
“Almaniya, ABŞ, Fransa və İngiltərə Ukraynadakı münaqişələrdə birbaşa iştirak edir. Bütün bunlar ölkəmizi sıxışdırmaq və döyüş meydanında strateji məğlubiyyətimizi təmin etmək üçün edilir”.
Mövcud vəziyyəti soyuq müharibənin əlamətləri adlandıran Dmitri Peskov bütün bunların daha əvvəl də yaşandığını açıqlayıb.
Qeyd edək ki, ABŞ və Almaniyanın verdiyi ortaq açıqlamaya əsasən, 2026-cı ildən etibarən Almaniyada “Tomahawk” qanadlı raketlər və digər uzaq mənzilli silahlar yerləşdiriləcək.
Töhfə Səməd
tag: ABŞ, Almaniya, Vəziyyət, Fransa, Ukrayna, todaypress.az,