Şoyqu və Gerasimovun həbsi ilə bağlı order verildi

Dünya

25.06.2024 15:34

Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi general Valeri Gerasimovun həbsi ilə bağlı order verib.

TodayPress xəbər verir ki, Məhkəmə keçmiş müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi general Valeri Gerasimovu hərbi cinayətlərdə, insanlığa qarşı cinayətdə və qeyri-insani hərəkətlərdə ittiham edir.

Məhkəmənin bəyanatında deyilir ki, hakimlərdə bu şəxslərin “Rusiya silahlı qüvvələri tərəfindən 2022-ci il oktyabrın 10-dan 9 mart 2023-cü ilə qədər Ukraynanın elektrik infrastrukturuna qarşı həyata keçirdiyi raket zərbələrinə” görə məsuliyyət daşımaları ilə bağlı ciddi əsaslar var.

Xatırladaq ki, keçən il Məhkəmə həmçinin, Rusiya Prezidenti Vladimir Putini Ukraynadan uşaqların oğurlanmasına görə məsuliyyətdə ittiham edərək, onun barəsində həbs orderi vermişdi.

tag: Şoyqu, Gerasimov, Həbs, Məhkəmə, Bəyanat, todaypress.az,