Şoyqu: "Rusiya Əfqanıstanla ikitərəfli əməkdaşlığı inkişaf etdirəcək"

Dünya

26.11.2024 08:23

Rusiya Əfqanıstanla müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

TodayPress xəbər verir ki, bunu Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ölkənin baş nazirinin müavini Məhəmməd Əbdül Kabirə bildirib.

Bildirilib ki, Şoyqu bazar ertəsi Əfqanıstana səfər edib və orada ölkənin ali rəhbərliyi ilə görüşüb. Danışıqların dörd raundu zamanı o, baş nazirin müavinləri və nazirlərlə iqtisadi, nəqliyyat və təhlükəsizlik məsələlərini müzakirə edib.

"Biz Rusiya və Əfqanıstan arasında bir çox sahələrdə ikitərəfli əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik. Mən ölkələrimiz arasında konstruktiv siyasi dialoqun qurulmasına, o cümlədən daxili nizamlanma prosesinə təkan vermək məqsədilə hazır olduğumuzu təsdiq edirəm" Şoyqu bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi əmindir ki, Əfqanıstanın sabit və müstəqil dövlət kimi yaradılması regionun bütün dövlətlərinin maraqlarına cavab verir.

 O, qeyd edib ki, bu məqsədlə Rusiya Kabilin regional strukturlara və birliklərə inteqrasiyasını dəstəkləməyə davam edəcək.

Aynur TAC

tag: Əfqanıstan, Rusiya, Əməkdaşlıq,Sergey Şoyqu,Məhəmməd Əbdül, todaypress.az,