Şoyqu: "Rusiya ABŞ ilə əməkdaşlığa hazırdır"

Dünya

24.04.2025 10:21

4

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Rusiya ABŞ ilə münasibətləri yaxşılaşdırmağa hazırdır, lakin verilən vədlərə inanmır.   

TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb. 

Onun sözlərinə görə, Vaşinqton sözügedən istiqamətdə müəyyən addımlar atmağa başlayıb və bu, Ağ Evin münasibətində dəyişiklik olduğunu göstərir. 

Şoyqu qeyd edib ki, ABŞ əvvəlki yanaşmalardan uzaqlaşaraq daha real baxış sərgiləyir və Rusiya bunu müsbət qarşılayır.

O, həmçinin vurğulayıb ki, tərəflər arasında etibarın yaranması üçün konkret addımların atılması vacibdir. 

Türkan İsgəndərli

tag: Rusiya,ABŞ,Şoyqu,Əməkdaşlıq,Todaypress.az,