Sorğu: Harris Trampı qabaqladı

Dünya

29.08.2024 11:17

2497

ABŞ prezidentliyinə namizəd, ölkənin vitse-prezidenti Kamala Harrisin respublikaçı rəqibi Donald Trampdan üstünlüyü 2 bənd geriləyib. 

TodayPress “The Economist”ə istinadən xəbər verir ki, bu barədə “YouGov” araşdırma institutu sorğu keçirib. 

Bildirilib ki, Harris 2 pillə geriləsə də hazırda Trampdan öndədir. 

Məlum olub ki, sorğu iştirakçılarının 47 faizi Harrisi dəstəkləməyə hazırdır, respondentlərin 45 faizi isə Trampa üstünlük verir. Amerikalıların 8 faizi isə səs verməyi planlaşdırmadıqlarını açıqlayıblar.

Töhfə Səməd

tag: Harris, Tramp, Amerika, Seçki, Səsvermə, todaypress.az,