Son üç gündə 500 mindən çox fələstinli Qəzzanın şimalına qaytdı
Dünya
29.01.2025 20:33
Son
72 saat ərzində hərbi əməliyyatlar nəticəsində evlərini tərk etmək
məcburiyyətində qalan 500 mindən çox məcburi köçkün fələstinli Qəzza və Şimali
Qəzza əyalətlərindəki yaşayış məntəqələrinə qayıdıb.
TodayPress xəbər verir ki, bu barədə “TASS”
məlumat yayıb..
Məlumata
görə, yanvarın 15-də Qətərin hökumət başçısı və xarici işlər naziri İsrail və
HƏMAS Doha, Qahirə və Vaşinqtonun uğurlu vasitəçiliyi ilə Qəzzadakı girovları
azad etmək və atəşkəs yaratmaq üçün razılığa gəldiyini bildirib.
Sazişin
yanvarın 19-dan qüvvəyə minəcəyini və üç mərhələdə həyata keçiriləcəyini bəyan edilib.
Yanvarın
27-də səhər saatlarında Qəzza sakinləri evlərinə qayıtmağa başlayıblar.
Aynur TAC
tag: Qəzza, Fələstin, Qətər, XİN, HƏMAS, Atəşkəs,todaypress.az,