Son bir həftədə Efiopiyada 55 zəlzələ oldu

Dünya

04.01.2025 05:21

Efiopiyada 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

TodayPress-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, təbii fəlakətin episentri təxminən 30,7 min nəfər əhalisi olan Asbe-Tefari şəhərindən 54 km şimal-qərbdə olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşir.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xatırladaq ki, son bir həftə ərzində Efiopiyada 55 zəlzələ qeydə alınıb.

 

tag: Efiopiya, Avropa, Zəlzələ, Təlafat, todaypress.az,