Son bir ayda Afrikada meymunçiçəyi virusuna 2 mindən çox şəxs yoluxdu
Dünya
10.12.2024 07:00
Noyabrın 3-dən dekabrın 1-dək Afrikada 2
mindən çox şəxs meymunçiçəyi (“mpox”) virusuna yoluxub.
TodayPress xəbər verir ki, bu barədə Ümumdünya
Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Məlumata görə, 2024-cü il yanvarın 1-dən dekabrın 1-dək
Afrikada 13,171 təsdiqlənmiş “mpox” infeksiyası qeydə alınıb. Bu müddət ərzində
virusa yoluxan 57 nəfər dünyasını dəyişib.
Noyabrın 3-dən Konqo Demokratik Respublikasında “mpox”
şübhəsi ilə çoxlu sayda virusa yoluxma halları müəyyən edilib. Yoluxanların
sayı 851 nəfər artaraq 9513-ə çatıb.
2022-ci il yanvarın 1-dən bu ilin oktyabrın 31-dək dünya
üzrə 115 101 təsdiqlənmiş “mpox” hadisəsi, o cümlədən 255 ölüm halı müəyyən
edilib.
tag: Meymunçiçeyi,Virus,ÜST,Afrika,ABŞ, todaypress.az,