Son 75 ilin ən güclü qasırğası baş verdi
Dünya
16.09.2024 12:45
Şanxayda güclü "Bebinka" qasırğası baş verib.
TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.
Meteoroloqlar bunun son 75 ilin ən güclü tayfunu olduğunu bildiriblər.
Küləyin sürəti saniyədə 42 metrə çatıb. Əlverişsiz hava şəraiti səbəbindən yerli hava limanlarında yüzlərlə reys təxirə salınmalı olub.
Şanxayın özündə sürətli yollarda saatda sürət həddi 40 kilometrə qədər endirilib.
Günəş Mərd
tag: Şanxay ,Meteoroloqlar ,Külək, Sürət ,Bebinka, Qasırğa ,todaypress.az,