Somalidə İŞİD lideri məhv edildi

Dünya

15.06.2024 20:35

1127

ABŞ əsgərləri "İslam Dövləti" terror qruplaşmasının ali lideri Əbdülkadir Mumini məhv etmək üçün Somaliyə zərbələr endirib.

TodayPress xəbər verir ki, məlumatı NBC telekanalı yayıb. Bildiirlir hadisə bu il mayın 31-də baş versə də zərbənin hədəfi yalnız indi məlum olub.

Telekanalın məlumatına görə, İŞİD yaraqlılarına qarşı hava hücumu Bosaso şəhərindən 81 kilometr aralıda həyata keçirilib. Hücum nəticəsində 3 terrorçunun öldürüldüyü də məlumdur.

GÜNEL

tag: ABŞ, İŞİD lideri, Somali, Bosaso şəhəri, todaypress.az,