Şolzdan miqrantlarla bağlı qərar

Dünya

27.08.2024 09:01

1757

"Almaniya hakimiyyəti  qeyri-qanuni miqrantların  ölkədən çıxarılması üçün bütün mümkün tədbirləri görməlidir". 

TodayPress xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz Solingen şəhərində baş verən terror aktından sonra çıxışı zamanı deyib. 

“Biz hər şeyi etməliyik ki, ölkəmizdə belə hadisələr baş verməsin" deyə o bildirib.

Siyasətçi, həmçinin bəyan edib ki, Almaniyada silah gəzdirmə qaydalarını, xüsusən də bıçaqla bağlı qaydaları növbəti dəfə sərtləşdirəcək.

Xatırladaq ki, Solingendə hücum avqustun 23-də baş verib. Hücum nəticəsində 10-dan çox adam yaralanıb. Terror aktını törədənin bir neçə il əvvəl Almaniyaya gəlmiş qaçqın olduğu məlum olub. O, bu müddət ərzində Almaniyadan sığınacaq üçün icazə ala bilməyib.

Günəş Mərd

tag: Almaniya, Hökumət, Miqrant, Terror, Siyasət, todaypress.az,