Şolz Yaxın Şərqdə gərginliyi azaltmağa çağırdı

Dünya

11.08.2024 17:05

1333

“Almaniya hökuməti İsrailə  İrandan, “Hizbullah”dan, eləcə də digər oyunçulardan gələn təhdidləri qətiyyətlə pisləyir”. 

TodayPress xarici mediaya istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı bildirib.   

Kansler danışıq zamanı bir daha anklavda girovların azad edilməsi və atəşkəs haqqında razılaşmanın yekunlaşdırılması məqamının yetişdiyini vurğulayıb. Yaxın Şərqdə regional münaqişənin kəskinləşməsi riskindən ciddi narahatlığını ifadə edib. 

O qeyd edib ki, regionda gərginliyi azaltmaq və Yaxın Şərqdə münaqişənin daha da genişlənməsinin qarşısını almaq həmişəkindən daha vacibdir. 


Günəş Mərd 

tag: Almaniya ,Qəzza,İsrail,İran,todaypress.az,