Şoltsun Ukraynaya səfərinin əsas məqamları açıqlandı
Dünya
02.12.2024 15:37
Almaniya kansleri Olaf Şoltsun Kiyevə səfəri hələ noyabrın əvvəlində, Almaniyada hakim koalisiyanın dağılmasından əvvəl nəzərdə tutulmuşdu. Səfərin əsas məqsədi Volodimir Zelenskinin Ukraynadakı münaqişənin həlli üçün nə qədər yol getməyə hazır olduğunu anlamaqdır.
TodayPress xəbər verir ki, bu barədə “Bild” qəzeti hökumət başçısına yaxın mənbələrə istinadən məlumat yayıb.
Bununla da Şolts göstərmək istəyir ki, koalisiyanın dağılmasına və növbədənkənar parlament seçkilərinə baxmayaraq, o, Almaniyanın hazırkı kansleri kimi qalmaqda davam edir və mühüm siyasi danışıqlar aparmağa hazırdır.
Nəşr xatırladıb ki, Şolts əvvəllər dəfələrlə “ukraynalılara arxalanıb heç bir qərar qəbul edilməməlidir” deyirdi. İddialara görə, kansler Trampın münaqişənin həlli üçün danışıqlara başlayacağı təqdirdə Kiyevin mövqeyini gücləndirmək niyyətindədir.
Töhfə Səməd
tag: Ukrayna, Şolts, Kiyev, Münaqişə,Səfər, todaypress.az,