Şoltsun Ukrayna ilə bağlı səmimiyyəti sual doğurur

Dünya

10.09.2024 09:52

Rusiyalı deputat Aleksey Puşkov Almaniya kansleri Olaf Şoltsun Ukrayna münaqişəsi ilə bağlı sülh planını şərh edib.

TodayPress xəbər verir ki, bu barədə o, özünün “Telegram” kanalında yazıb.

Puşkov bildirib ki, Sosial Demokrat Partiyasının Saksoniya və Türingiya ştatlarında keçirilən ştat seçkilərindəki fəlakətli nəticələri Şoltsun kansler vəzifəsini saxlamaq şansını təhlükə altına atıb.

"Şolts, yəqin ki, Türingiya və Saksoniyadakı seçkilərin nəticələrindən çox narahatdır. Bu, kansler kürsüsündə qalmaq istəyən Şolts üçün ciddi siqnaldır. Ona görə də o, Ukrayna məsələsində daha çox çıxış etməyə başlayıb” deyə senator bildirib.

Töhfə Səməd

tag: Şolts, Almaniya ,Rusiya, Ukrayna, Sülh, todaypress.az,