Şoltsun Putinə zəngi Litvanı qəzəbləndirdi
Dünya
19.11.2024 11:20
"Almaniya kansleri Olaf Şoltsun çağırışı qəribə strategiyadır".
TodayPress "Politico"ya istinadən xəbər verir ki, bu barədə Litvanın Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Qabrielius Landsberqis bildirib.
Nəşrin məlumatına görə, o, bu barədə Avropa xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşü çərçivəsində danışıb.
Landsberqis Şoltsun Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığını Rusiyanın Ukraynaya müharibəsi qarşısında "qəribə strategiya" hesab etdiyini deyib.
Qeyd edək ki, bundan əvvəl Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Şoltsun Putinlə telefon danışığını Avropa Birliyini zəiflədən strateji səhv adlandırmışdı.
Xatırladaq ki, kansler Şolts Putinlə bir saatlıq telefon danışığı aparıb. Bu, onun Rusiya lideri ilə təxminən iki il ərzində ilk birbaşa ünsiyyəti olub. Şolts Almaniya, Avropa və digər ölkələrin Ukraynaya dəstəyinin zəifləməyəcəyini Putinə bildirmək istədiyini açıqlayıb və telefon danışığının səbəbini bu cür izah edib.
Günəş Mərd
tag: Şolts, Ukrayna, Estoniya, Avropa ,Putin, Rusiya, todaypress.az,