Şolts Zelenski ilə görüşəcək
Almaniya
kansleri Olaf Şolts və Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü
Frankfurtda görüşəcək.
TodayPress xəbər
verir ki, bu barədə AFP Almaniya hökumətinin nümayəndəsinə istinadən məlumat
yayıb.
İki lider
arasında danışıqlar təkbətək formatda keçiriləcək.
Qeyd edək ki,
cümə günü Almaniyanın Ramşteyn aviabazasında Ukraynanın Müdafiəsi üzrə Təmas
Qrupunun iclası keçiriləcək. İclasda Zelenski də iştirak edəcək.
Məlumata görə,
Ukrayna prezidenti görüşdə Qərb müttəfiqlərinə Rusiyanın hücumlarından qorunmaq
üçün daha uzun mənzilli raketlər və hava hücumundan müdafiə sistemləri də daxil
olmaqla, silahların əlavə tədarükü tələbi ilə müraciət etmək niyyətindədir
tag: Zelenski, Almaniya, Ukrayna, Rusiya,todaypress.az,