Şolts və Putin Ukraynadakı vəziyyəti müzakirə etdilər
Dünya
16.11.2024 04:22
Almaniya Kansleri Olaf Şolts təxminən iki
ildən sonra ilk dəfə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı
aparıb.
TodayPress xəbər verir ki, bu barədə Almaniya
Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt məlumat yayıb.
Onun sözlərinə görə, söhbət zamanı Almaniya Kansleri
Rusiyanı ədalətli və uzunmüddətli sülhə nail olmaq üçün Ukrayna ilə danışıqlara
çağırıb.
Şolts, həmçinin Almaniyanın Kiyevi lazım olduğu müddətcə
dəstəkləməkdə sarsılmaz qətiyyət göstərəcəyini açıqlayıb. O, Putini münaqişəyə
son qoymağa, Rusiya qoşunlarını Ukraynanın nəzarət altında saxlanılan
ərazilərindən çıxarmağa çağırıb.
Hebeştrayt bildirib ki, Şolts bu telefon danışığından
qabaq Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edib və Rusiya prezidenti
ilə danışdıqdan sonra bunu yenidən edəcək.
tag: Almaniya, Azərbaycan, Rusiya, Putin, Zelenski, Kiyev, todaypress.az,