Şolts Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qərarı təxirə salmağa çağırdı
Dünya
24.10.2024 21:15
Almaniya kansleri Olaf
Şolts hazırda Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qərar qəbul etməyə ehtiyac
olmadığını bildirib.
TodayPress xəbər verir ki,
bununla bağlı məlumatı TASS agentliyi yayıb.
Məlumatda bildirilir ki,
siyasətçi Ukraynanın alyansa üzvlüyü ilə bağlı qərarın təxirə salınmasına
çağırıb.
“Biz Vaşinqtonda və
Vilnüsdə qərar qəbul etdik və perspektivi təsvir etdik. Hesab edirəm ki, indi
bu qərardan başqa yeni qərara ehtiyac yoxdur” deyə o vurğulayıb.
Onun sözlərinə görə,
müharibə vəziyyətində olan ölkə NATO-ya üzv ola bilməz.
Qeyd edək ki, bundan əvvəl
də Şolts Ukraynanın NATO-ya daxil olmasının yaxın gələcəkdə baş verməyəcəyini
etiraf etmişdi. O Ukraynanın yəqin ki, yaxın 30 il ərzində Şimali Atlantika
Alyansına qoşulmayacağını bildirmişdi.
tag: Vaşinqton, ABŞ, Ukrayna, ALyans,NATO, todaypress.az,