Şolts oturacağını kiməsə vermək niyyətində deyil

Dünya

24.07.2024 15:48

2823

Almaniya kansleri Olaf Şolts yenidən kansler postuna namizədliyini irəli sürəcək.

TodayPress xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb. 

"Yenidən kansler olmaq üçün namizədliyimi irəli sürəcəyəm" deyə Şolts qeyd edib.  

Onun sözlərinə görə, təmsil etdiyi “Almaniya Sosial Demokrat” partiyası (SPD) 2025-ci il federal seçkilərində qalib gəlmək niyyətindədir. 

Qeyd edək ki, Olaf Şolts 8 dekabr 2021-ci ildən Almaniyanın Federal Kansleri vəzifəsində çalışır. Bundan əvvəl o, üç il Almaniyanın vitse-kansleri və maliyyə naziri olub.

Günəş Mərd

tag: Almaniya, Şolts, Sosial, Demokrat, Təmsil, todaypress.az,