Şolts müdafiə investisiyasından narazıdır
Dünya
04.02.2025 11:00
Almaniya kansleri Olaf Şolts hərbi xərcləri ödəmək üçün Avropa İttifaqının (Aİ) birgə borc öhdəliklərinə qarşı çıxış edib.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Şolts hesab edir ki, ayrı-ayrı alyans ölkələrinə daha çox çeviklik verilməlidir, çünki onların hərbi layihələrə investisiya etmək imkanları, o cümlədən Aİ-nin borc qaydaları ilə məhduddur.
Onun sözlərinə görə, Almaniyada Alman Fondu vasitəsilə müdafiə sahəsinə sərmayə qoymaq olar ki, bu da ölkəyə borclanma limiti, lakin daha çox fəaliyyət azadlığı təqdim edəcək.
Şolts pensiya, səhiyyə və nəqliyyat infrastrukturunun və iqtisadiyyatın inkişafı üçün nəzərdə tutulan vəsaitlər hesabına ordunun gücləndirilməsinə sərmayə qoymamağın vacib olduğunu vurğulayıb.
Kansler Kiyev Vaşinqtona nadir torpaq ehtiyatlarına çıxış imkanı verərsə, Ukraynaya dəstəyi davam etdirməyə hazır olduğunu bildirən ABŞ prezidenti Donald Trampın sözlərini də tənqid edib.
Şolts Vaşinqtonun istəyini eqoist adlandırıb və əlavə edib ki, münaqişədən sonra Ukraynanın yenidən qurulması üçün resurslardan istifadə edilməlidir.
Nicat Osman
tag: Almaniya,Olaf Şolts,Avropa İttifaqı,Ukrayna,Todaypress.az,