Şolts: “Mertsin seçilməməsi absurddur”
Almaniyada kansler vəzifəsini müvəqqəti icra edən Olaf Şolts Xristian-Demokrat və Xristian-Sosial İttifaqlarının (XDS/XSS) lideri Fridrix Mertsin ilk turda kansler seçilə bilməməsini “absurd” adlandırıb.
TodayPress xəbər verir ki, bu barədə o, “Stern” nəşrinə açıqlamasında danışıb.
“Belə bir nəticəni gözləmirdim. Bu, tamamilə absurd vəziyyətdir. Bu cür seçkilərdən heç kim zövq almır” deyə Şolts bildirib.
Bununla yanaşı, o əlavə edib ki, vəziyyəti düzəltmək üçün hələ imkanlar var.
Qiymət Mahir
tag: Almaniya,Kansler,Olaf Şolts, Fridrix Merts,todaypress.az,