Şolts İrana səsləndi: “Hücumları dayandırın”
Dünya
07.10.2024 17:25
Almaniya kansleri Olaf Şolts HƏMAS-ın İsrailə hücumunun ildönümündə atəşkəsə və Yaxın Şərqdəki münaqişənin həlli üçün siyasi prosesin başlanmasına çağırıb.
TodayPress xəbər verir ki, bu barədə “DPA” agentliyi məlumat yayıb.
“Əziz İsrailli dostlar, biz sizinlə həmrəyik, biz sizin tərəfinizdəyik. Almaniya hökuməti atəşkəs, girovların azad edilməsi və siyasi prosesin müsbətə doğru həll edilməsinin tərəfdarıdır" deyə Olaf Şolts deyib.
O, qeyd edib ki, israil və fələstinlilərin uzun müddət birlikdə sülh şəraitində yaşaya bilməsi üçün Yaxın Şərq probleminin həllinə nail olmaq lazımdır.
Şolts, həmçinin İran və “Hizbullah”ı İsrailə qarşı hücumları dayandırmağa çağırıb.
Günəş Mərd
tag: Almaniya, Olaf Şolts,İran,HƏMAS,İsrail,todaypress.az,