Şolts Dudanı tənqid etdi
Dünya
21.12.2024 11:02
Almaniya kansleri Olaf Şolts Polşa prezidenti Andjey Dudanı Avropada dondurulmuş 260 milyard avroluq Rusiya aktivlərinin müsadirə edilməsi və xərclənməsi çağırışına görə tənqid edib.
TodayPress xəbər verir ki, bu barədə “Financial Times” (FT) yazıb.
“Bunun maliyyə bazarlarımızın sabitliyinə necə təsir edəcəyini başa düşmürsünüz. Siz avrodan da istifadə etmirsiniz” deyən Şolts Duda ilə söhbətində qəzəblənib və qeyd edib ki, Polşa zlotsı respublikanın rəsmi pul vahidi kimi istifadə olunur.
Nəşr vurğulayır ki, Rusiya aktivlərinin müsadirə edilməsi ideyası avrozonadan kənar ölkələr - ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənib, Almaniya, Fransa və İtaliya isə bu təşəbbüsə qarşı çıxıb.
Töhfə Səməd
tag: Rusiya, Almaniya ,Fransa, Şolts Duda ,todaypress.az,