Şolts Bundestaqın miqrasiya qərarını tənqid etdi

Dünya

30.01.2025 17:10

Almaniya kansleri Olaf Şolts Bundestaqda miqrasiya siyasətini sərtləşdirməyə dair qətnamənin qəbulunu ölkə üçün “pis əlamət” adlandırıb.   

TodayPress xəbər verir ki, siyasətçi bu barədə özünün “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Kansler verilən qərarın həm parlament, həm də ölkəsi üçün mənfi hal olduğunu, nə baş verdiyini anlamaq üçün ona vaxt lazım olduğunu vurğulayıb.

O, eyni zamanda sığınacaq hüququnun Alman hüquq sisteminin ayrılmaz hissəsi olduğunu və şübhə altına alına bilməyəcəyini vurğulayıb.

Xatırladaq ki, yanvarın 26-da Xristian Demokratik və Xristian Sosial Birlikləri (CDU/CSU) blokunun fraksiyası miqrasiya siyasəti ilə bağlı təklifləri əks etdirən qətnaməni Bundestaqın səsverməsinə çıxarıb. Qətnaməyə səbəb kimi, Aşfenburqda əfqan mühacirin yoldan keçən şəxslərə hücumu, nəticədə iki nəfərin yaralanması ilə bağlı insident göstərilib.

Nicat Osman

tag: Almaniya,Kansler,X,Siyasət,Todaypress.az,