Solçular Baş nazirliyə namizədini irəli sürdülər
Dünya
24.07.2024 09:44
Fransada keçirilən parlament seçkilərində qalib gələn solçu "Yeni Xalq Cəbhəsi" partiyası ölkənin Baş naziri postuna Parisin maliyyə departamentinin rəhbəri Lüsi Kastenin namizədliyini irəli sürüb.
TodayPress xəbər verir ki, bu barədə "Yaşıllar" partiyasının lideri Marin Tondelier "X" sosial şəbəkəsində bildirib.
Siyasətçi vurğulayıb ki, Fransa prezidenti Emmanuel Makron seçkilərin nəticələrini tanımalı və Kasteni hökumət başçısı təyin etməlidir.
Qeyd edək ki, bundan əvvəl Makron Olimpiadanın sonuna qədər, yəni avqustun 11-dək yeni Baş nazirin təyin edilməsi ilə bağlı qərar verməkdən imtina etmişdi.
Günəş Mərd
tag: Fransa, Paris, Yeni Xalq Cəbhəsi, Emmanuel Makron, todaypress.az,