Soçidə gün ərzində ikinci zəlzələ oldu

Dünya

11.01.2025 23:07

Soçidə gün ərzində ikinci zəlzələ baş verib.

 

TodayPress xəbər verir ki, bu barədə yerli sakinlərə “Mash” “Telegram” kanalına m məlumat veriblər.

 

Qeyd olunur ki, saat 20:44-də Soçi sakinləri şəhərin mərkəzində, Daqomıs və Adlerdə yeraltı təkanlar hiss ediblər.

 

İlkin məlumata görə, xəsarət alan və dağıntı olmayıb.

 

Bundan əvvəl Soçidə Rixter cədvəli üzrə 3,5 bal gücündə zəlzələ baş verib. Xostinski rayonunun dağlarında beş kilometr dərinlikdə olan yeraltı təkanlar 14 seysmik stansiya tərəfindən qeydə alınıb.

 

Aynur TAC

tag: Soçi ,Zəlzələ, Şəhər, Rixter, Sakinlər, Daqomis, todaypress.az,