Soçi səhəri partlayış səsləri ilə açdı
Dünya
21.12.2024 09:21
Soçidə silsilə partlayışlar baş verib.
TodayPress xəbər verir ki, bu barədə yerli sakinlər “Shot Telegram” kanalına bildiriblər.
İlkin məlumatlara görə, Qara dənizdə pilotsuz təyyarələrə qarşı hava hücumundan müdafiə sistemi işə salınıb.
Şahidlərin bildirdiyinə görə, səhər saat 5:50-dən etibarən Lazarevskoye ərazisində 7-10 partlayış olub.
Dağıntı və təlafat barədə hələlik rəsmi məlumat yoxdur.
Töhfə Səməd
tag: Soçi, Dağıntı, Partlayış, Silsilə, todaypress.az,