Soçi leysana təslim oldu: Şəhər su altında qaldı

Dünya

23.07.2024 15:10

Soçidə aramsız yağan yağışlar bölgəni iflic edib.

TodayPress xəbər verir ki, bununla bağlı Rusiya mətbuatı məlumat paylaşıb.

Sinoptiklər torpaq sürüşmələrinin və çaylarda suyun səviyyəsinin artacağını bildirib.  Hava şəraiti ilə əlaqədar olaraq istirahət mərkəzinin sakinlərinə və qonaqlarına suyun yaxınlığında dincəlməkdən çəkinmələri tövsiyə olunur.

Meteoroloqların sözlərinə görə, belə hava şəraiti sabah da davam edəcək. Bütün kurort xidmətləri gücləndirilmiş rejimdə işləyir. Vəziyyətə şəhərin operativ qərargahı tərəfindən nəzarət edilir.

tag: Soçi, Yağışlar,Torpaq Sürüşməsi,Rusiya, Meteoroloqlar, todaypress.az,