Şmıqal: “Rusiya sülh sammitində mütləq iştirak etməlidir”
Dünya
10.09.2024 18:16
Ukraynanın baş naziri Denis Şmıqal münaqişənin həlli üçün ikinci sülh sammitində Rusiya nümayəndələrinin iştirakının vacibliyini bəyan edib.
TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.
O, əlavə edib ki, Rusiya tərəfinin toplantıda iştirakı Kremlin yalan və manipulyasiyalarına son qoya bilər.
Qeyd edək ki, bir müddət əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Moskvanı ikinci sülh sammitində iştirak etməyə dəvət etmişdi.
Töhfə Səməd
tag: Ukrayna ,Baş Nazir,Denis Şmıqal ,Zelenski ,Moskva, Sammit, todaypress.az,