Sloveniya vətəndaşları Livanı tərk etməyə çağırdı

Dünya

01.08.2024 17:49

Sloveniya Xarici İşlər Nazirliyi Yaxın Şərqdə vəziyyətin pisləşməsi ilə əlaqədar ölkə vətəndaşlarını Livanı tərk etməyə çağırıb.

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. 

Sloveniyalılara İsrail və İrana olan bütün səfərlərini təxirə salmaq tövsiyə edilib.

Xarici işlər nazirliyi təhlükəsizlik cəhətdən İsraili qırmızı, İranı isə narıncı kodla işarələyib.

Töhfə Səməd

tag: Sloveniya, Vətəndaşlar, İsrail, İran, todaypress.az,