Sloveniya müdafiə xərclərini artıracaq
Sloveniya bu il müdafiə xərclərini ÜDM-in 2%-nə qədər artırmaq niyyətindədir.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Mənbənin sözlərinə görə, ölkə rəhbərliyi 2030-cu ilə qədər müdafiə xərclərini ÜDM-in 3%-nə çatdırmaq üçün artırmağı planlaşdırır.
Agentlik qeyd edir ki, bu qərar NATO- ya üzv dövlətlərdən təhlükəsizliyə sərmayə qoymağı tələb edən ABŞ- nin təzyiqi fonunda qəbul edilib.
Müdafiə xərclərinin artırılması təklifi Sloveniya parlamenti tərəfindən təsdiqlənməlidir.
tag: Sloveniya,MÜdafiə,Ordu,Xərc,Todaypress.az,