Slovakiyanın baş naziri Ukraynanı qazla hədələdi
Dünya
09.01.2025 18:35
"Qaz tranziti ilə bağlı problemlər həll olunmasa, Slovakiya Ukraynaya qarşı sərt tədbirlər görəcək".
TodayPress xəbər verir ki, bunu Slovakiyanın baş naziri Robert Fitso deyib.
Onun sözlərinə görə, tədbirlərə humanitar yardımın, həmçinin qaçqınlara dəstəyin dayandırılması və ya azaldılması daxil ola bilər. Bundan əlavə, Slovakiya Ukraynaya təcili elektrik enerjisi tədarükünü də sonlandıra bilər.
"Biz Ukrayna ilə bağlı məsələlərdə Aİ-də veto hüququmuzdan istifadə edə bilərik" deyə o bildirib.
Töhfə Səməd
tag: Slovakiya ,Robert Fitso ,Qaçqın, Qaz, todaypress.az,