Slovakiyanın Baş naziri öz vəzifəsinə qayıtdı
Slovakiyanın Baş naziri Robert
Fitso öz vəzifəsinə qayıdıb.
TodayPress xəbər verir ki,
hökumət başçısı bu barədə sosial şəbəkə üzərindən paylaşım edib.
“Əziz mütərəqqi liberal media
və müxalifət, sağ qaldığım üçün üzr istəyirəm, amma mən qayıtdım” Fitso qeyd
edib.
Xatırladaq ki, 59 yaşlı Robert
Fitso mayın 15-də silahlı hücuma məruz qalmışdı. Belə ki, 71 yaşlı şair Yurai
Tsintula ona yaxın məsafədən atəş açmışdı.
tag: Slovakiya, Baş Nazir, Robert Fitso, Vəzifə, todaypress.az,